Belə rotor 3000 etməklə maqnit qütblərini saniyədə 50 dəfə dəyişir. Nəticədə generatorda 50 Hs tezliki dəyişən cərəyan alınır. Lakin su-elektrik stansiyasında (SES-də) istifadə olunan hidrogeneratorlann rotorunu elə də böyük sürətlə fırlatmaq mümkün deyildir. Odur ki hidrogeneratorlar ikiqütblü deyil, çox qütblü rotorla təchiz edilir. Nəticədə kiçik sürətlə fırlanan çoxqütblü rotoru olan generatorda yüksək tezliklə dəyişən elektrik cərəyanı almaq mümkündür (f).
Dəyişən cərəyanı xarakterizə edən digər kəmiyyətlər
Naqildən cərəyan keçdikdə elektrik eneıjisinin daxili enerjiyə çevrilməsi prosesi baş verir, nəticədə naqil qızır. Dəyişən cərəyan dövrəsində ani gücün periodik dəyişməsinə baxmayaraq orta güc istənilən periodda sabit qalır:
= Im ⋅ Um
2
⋅ cosφ0. (5)
Burada cosφ0 — güc əmsalı olub dövrədə elektrik eneıjisinin hansı hissəsinin dönməz olaraq daxili və ya mexaniki enerjiyə çevrildiyini göstərir. (5) ifadəsini belə də yazmaq olar:
= ⋅ ⋅ cosφ0= IU cosφ0. (6)
(6) ifadəsindəki və nisbətləri uyğun olaraq dəyişən cərəyan şiddətinin və gərginliyin təsiredici qiymətləri adlamr:
I = və U = . (7)
• Cərəyan şiddətinin təsiredici qiyməti - naqildə eyni zaman müddətində dəyişən cərəyanın ayırdığı qədər istilik miqdarı ayıran sabit cərəyan şiddətinə bərabərdir.
• Dəyişən cərəyan dövrələrində istifadə olunan ampermetr və voltmetr cərəyan şiddəti və gərginliyin təsiredici qiymətlərini ölçür.