Keçirici kontur induksiyası olan bircins maqnit sahəsində ω dairəvi tezliyi ilə fırlandıqda konturu kəsən maqnit seli harmonik qanunla dəyişir:
φ = BScosωt = φmcosωt. (2)
Elektromaqnit induksiya qanununa görə konturda periodik qanunla dəyişən EHQ əmələ gəlir:
ε = - Δφ
Δt =
-φ'(t) = (-φmcosωt)'= φmωsinωt = εmsinωt.
Bunun nəticəsində konturun qütblərində sinus qanunu ilə dəyişən gərginlik yaranır:
u = Umsinωt. (3)
Əgər generator modelindəki konturun qütblərinə elektrik işlədici, məsələn, elektrik lampası qoşularsa, ondan harmonik qanunla dəyişən induksiya cərəyanı keçər - lampa periodik olaraq gah parlaq işıqlanar, gah da sönər (d):
i = Imsin(ωt + φ0). (4)
(2), (3) və (4) ifadələrində φ, u və i — uyğun olaraq maqnit selinin, gərginliyin və cərəyan şiddətinin ani qiyməti, φm, Um və Im — uyğun kəmiyyətlərin maksimal (amplitud) qiymətləri, φ0 — gərginliklə çərəyan şiddəti arasında faza fərqidir.
Dəyişən cərəyan generatoru iki hissədən ibarətdir: stator adlanan tərpənməz hissə və rotor adlanan tərpənən hissə. Stator keçirici dolaqlardan ibarət sarğacdan, rotor isə stator içərisində fırlana bilən sabit maqnitdən ibarət olur. İstilik elektrik stansiyalarında iki maqnit qütblü rotordan ibarət generatordan istifadə olunur (e).