ARAŞDIRMA | 1 |
Təchizat: lampa ilə təchiz edilmiş generator modeli.
İşin gedişi: generatorun valmı bərabər sürətlə fırladın və eyni zamanda lampanın işıqlanmasına
diqqət
yetirin (a).
Nəticənin müzakirəsi:
Məcburi elektromaqnit rəqsləri
Öyrəndiniz ki, real rəqs konturunda elektromaqnit rəqsləri həmişə sönəndir. Rəqslərin sönməzliyini təmin etmək üçün rəqs konturuna periodik olaraq eneıji verilməlidir. Bu məqsədlə rəqs konturuna ardıcıl olaraq EHQ-si harmonik qanunla, məsələn,
ε = εmsinωt (1)
qanunu ilə dəyişən cərəyan mənbəyi qoşmaq lazımdır (b). Elektrik sxemlərində dəyişən cərəyan mənbəyi simvolu ilə işarə edilir. (1) ifadəsində εm — EHQ-nin maksimal (və ya amplitud) qiyməti, ω — EHQ-nin dəyişdiyi dairəvi tezlikdir. EHQ-si dəyişən cərəyan mənbəyinin təsiri ilə LC-konturunda məcburi elektromaqnit rəqsləri yaranır.
• Məcburi elektromaqnit rəqsləri - xarici cərəyan mənbəyinin EHQ-sinin dəyişməsi ilə konturda elektrik yükünün, cərəyan şiddətinin və gərginliyin ω dairəvi tezliyinə bərabər tezliklə dəyişməsidir.
Məcburi elektromaqnit rəqslərinə ardıcıl birləşdirilmiş rezistor, kondensator və sarğacdan ibarət konturdan keçən dəyişən cərəyan kimi baxıla bilər.
• Dəyişən cərəyan - istiqaməti və cərəyan şiddəti zamana görə periodik dəyişən cərəyandır.
Dəyişən cərəyan fabrik və zavodlarda elektrik mühərriklərini hərəkətə gətirir, məişətimizdəki işıqlandırma sistemlərini, elektrik cihazlarını və s.-ni işə salır.
Dəyişən cərəyanın alınması. Dəyişən cərəyanı hasil edən qurğu dəyişən cərəyan generatoru və ya induksiya generatoru adlanır. Generatorun iş prinsipi elektromaqnit induksiyası qanununa əsaslanır. Belə generatorun ən sadə modeli bircins maqnit sahəsində fırlanan keçirici konturdur (c).