5.3
|
DÜNYANIN İÇMƏLİ SU PROBLEMİ
|
Sizə
məlumdur
|
Yer kürəsi su planetidir. Hazırda planetin hər sakininə 250 milyon ton su
düşür. Lakin suyun 97%-i Dünya okeanının duzlu sularıdır. Quru suları - göllər, çaylar,
yeraltı sular, bataqlıqlar Yer kürəsindəki suyun cəmi 3%-ni təşkil edir. Yerləşməsinə görə
quru suları yeraltı və səth sularına ayrılır.
|
Ölkələr üzrə il ərzində adambaşına düşən içməli suyun miqdarı, m3-lə.
Yer kürəsi su ehtiyatları ilə zəngin olsa da, içməli su (yaxud şirin su) çatışmazlığı qlobal miqyas almaqdadır. İçməli suların çox hissəsi, əsasən, əhalinin məskunlaşmadığı Antarktida, Qrenlandiya və Arktika adalarında - örtük buzlaqlarında, habelə yüksək dağ zirvələrində buz halındadır. Bu sulardan geniş miqyasda istifadə etmək hələlik mümkün deyil.