Mayalanmış yumurta hüceyrələri dişi siçovulun yumurta borularından çıxarılır və sınaq şüşəsinə yerləşdirilir. İnsanın boy hormonunu daşıyan geni xüsusi üsullar vasitəsilə DNT-dən ayrılır və sınaq şüşəsində olan mayalanmış yumurta hüceyrəyə daxil edilir. Yeni genotipi olan bu hüceyrə daşıyıcı ana siçovulun bədənində inkişaf etməyə başlayır. Belə siçovul balaları adi balalardan böyük olmaları ilə fərqlənirlər. Üç nəsil boyunca siçovulların hüceyrələrinin DNT analizi onu göstərmişdir ki, onlar insanların böyümə hormonunun genini daşıyırlar.
Meymunlarda klonlaşdırma daha sadə üsulla aparılır. Əvvəlcə mayalanmış yumurta hüceyrə (ziqot) bölünür (mitoz yolla) və 2, 4, 8 hüceyrə - blastomer əmələ gətirir. Bu hüceyrələrin nüvələri çıxarılır, digər orqanizmin nüvələri çıxarılmış hüceyrələrinə yerləşdirilir. Blastomerlər eyni genotipli olduğundan alınan yeni orqanizmlər tamamilə bir-biri ilə eyni olur.
Bu çalışmalarda da alimlər hələ tam olaraq məqsədlərinə çatmamışlar.
1. |
Broyler toyuqlarının alınmasında hansı metodlardan istifadə olunur? Bunun orqanizm üçün
faydalı və ya zərərli olduğunu əsaslandırın.
|
2. |
Klonlaşdırmanın kütləvi şəkildə aparılmamasının səbəblərini araşdırın.
|
3. | Doğru və səhv fikirləri qruplaşdırın:
a) Klonlaşdırma hüceyrə mühəndisliyinin bir sahəsidir.
b) Klonlaşdırma gen mühəndisliyinin bir sahəsidir. c) Dollinin genləri yumurta hüceyrələrdən istifadə olunan orqanizmlə oxşardır. d) Dollinin genləri onu dünyaya gətirən orqanizmin genləri ilə oxşardır. e) Dollinin genləri mayalanmada somatik hüceyrəsi istifadə olunan orqanizmin genləri ilə oxşardır. |
4. |
Biomüxtəlifliyin qorunub saxlanılmasında klonlaşdırmanın nə kimi əhəmiyyəti ola bilər?
Araşdırma aparın. Fikirlərinizi yoldaşlarınızla müzakirə edin.
|