Son illərdə klonlaşdırma anlayışı biotexnologiyanın ən mühüm sahələrindən birinə çevrilmişdir.
Mənfi xüsusiyyətləri haqqında çoxlu mülahizələr olsa da, hazırda gen mühəndisliyi yolu ilə normadan çox böyük kartof yumruları, pomidor, xiyar, buğda və s. sortlar alınır. Alimlər gen mühəndisliyinin ən mühüm sahələrindən biri olan klonlaşdırmada da böyük nailiyyətlər əldə etmişlər. İlk klonlaşdırılmış orqanizm kimi qoyun Dollini misal göstərmək olar.
Dollinin alınması üçün aparılan işlər bu ardıcıllıqla həyata keçirilmişdir: yetkin bir qoyunun yumurta hüceyrələrinin nüvəsi çıxarılmış və onun yerinə başqa bir qoyunun somatik hüceyrələrinin nüvəsi yerləşdirilmişdir. Alınan hüceyrə üçüncü bir qoyunun balalığına yerləşdirilmişdir.