Hibridləşdirmə zamanı arzu olunan əlamətlərin əldə edilməsi üçün aparılan növdaxili və növlərarası çarpazlaşdırmalara misallar göstərin.
Heyvandarlıqda yeni cinslərin alınması üçün aparılan metodlardan biri süni mayalanmadır. Bu metodda arzu olunan əlamətə malik erkək heyvanların spermaları alınır və sperma bankında* saxlanılır. Ondan arzu olunan əlamətə malik yumurta hüceyrələrin mayalandırılması üçün istifadə olunur.
Poliploid bitkilərin alınması sizə məlumdur. Bu bitkilərin diploidlərə nisbətən böyük ölçülü orqanları olduğunu xatırlayın. Bu xüsusiyyətlərinə görə onların iqtisadi dəyəri daha da artıqdır.
İrimeyvəli alma, kartof, boranı, çiyələk, qarabaşaq, buğda və toxumsuz qarpız belə bitkilərə misal ola bilər. Bəzək bitkilərinin də çoxlu poliploid formaları vardır. Heyvanlarda poliploidlərə nadir hallarda rast gəlinir.
1. |
Bəzi sənaye müəssisələri öz məhsullarının üzərinə etiket yapışdırmaq istəmirlər. Sizcə,
bunun səbəbi nədir? Araşdırın.
|
2. |
Marketdən meyvə alarkən siz nələrə fikir verməlisiniz və nə üçün? Fikirlərinizi
əsaslandırın.
|
3. |
Şəkilləri müqayisə edin və fikirlərinizi paylaşın. İstifadə üçün hansını seçərdiniz?
|