Genomu modifikasiya olunmuş orqanizmlərdə erkək və dişi fərdlərin məqsədəuyğun əlamətləri seçilmiş, onları daşıyan hibridlər yaradılmışdır. Bu sahədə istifadə olunan metodlar aşağıdakılardır:
GENOMU MODİFİKASİYA OLUNMUŞ ORQANİZMLƏR (GMO)
Elm adamları DNT sahəsində aparılan texnoloji çalışmaları görüncə narahatlıq keçirməyə başladılar. Görəsən, belə çalışmaların nəticəsi təbiətə və xüsusən də insanlara ziyan verməyəcək ki?
Sizcə, onların narahatçılığına səbəb nə ola bilərdi?
Genetik modifikasiya olunmuş orqanizmlərin alınmasında əsas məqsəd Yer üzündə getdikcə sayı artmaqda olan insanların qida problemini həll etməkdir. Ancaq bu məhsulların bəzilərinin insan orqanizmi üçün tam yararlı olmadığı haqqında fikirlər irəli sürülməkdədir. Onların bəziləri aşağıdakılardır:
1. Qida allergiyasının yaranması. Belə məhsulların üzərində onların yarada biləcəyi fəsadlar mütləq yazılmalıdır.
2. Xərçəng riskinin yaranması. Hazırda biotexnoloji üsullarla alınan bitki sortlarının çoxunun istehsalında bakteriya və viruslardan istifadə olunur. Bakteriya və viruslar orqanizmdə olan xəstəliktörədən bakteriyalarla birləşdikdə müalicəsi antibiotiklərlə mümkün olmayan xəstəliklər meydana çıxır. Elm adamları bu mövzuda müxtəlif araşdırmalar aparırlar.
İnsanların bu məhsullardan istifadəsi zamanı qarşılaşa biləcəkləri fəsadlar mütləq onlara əvvəlcədən bildirilməlidir. Bunun üçün də bu məhsulları istehsal edən sənaye sahələri patentli* məhsul buraxmalı və onların üzərinə mütləq etiket yapışdırılmalıdır. Bu insanları qarşılaşa biləcəkləri təhlükədən qoruya bilər.
Çalışın belə məhsullardan istifadə etməyəsiniz: