Gen mühəndisliyinin əsas məqsədlərindən biri zülal sintez edən hüceyrələr almaqdır. Hazırda genotipə yeni gen daxil etməklə hüceyrənin heç vaxt sintez etmədiyi zülalı sintez etməsinə nail olunmuşdur. Sənayedə bağırsaq çöplərinə insulin sintezini təmin edən gen daxil edilir və onlar insulin sintez edirlər. Bağırsaq çöpü bakteriyaları - interferonlar (virusların çoxalmasının qarşısını alan zülallar) və somatotropin (böyüməni təmin edən zülal) alınmasında mühüm rola malikdir.
Gen mühəndisliyi sahəsində çox əhəmiyyətli hesab olunan polimeraza zəncir reaksiyası (PZR) hal-hazırda çox əhəmiyyətli hesab olunur. Bu reaksiya molekulyar biologiya və biokimya elmlərinin qanunauyğunluqlarına əsaslanaraq, hər hansı bir canlının istirakı olmadan, fermentlərin iştirakı ilə DNT molekulu sahələrinin çoxaldılmasıdır. PZR genetikanın inkişafında böyük rol oynamışdır. Bu üsul 1983-cü ildə Keri Müllis tərəfindən işlənib-hazırlanıb. Alim buna görə Nobel mükafatına layiq görülüb. Bu metodla DNT molekulunun müəyyən sahəsini DNT polimeraza fermenti vasitəsilə artırmaq mümkün olur.
Seleksiyanın klassik üsullarından (hibridləşdirmə, mutagenez, poliploidiya və s.) fərqli olaraq biotexnologiyada istifadə olunan üsullar ağır zəhmət və uzun zaman tələb etmir.
Araşdırma aparın, sxemə əsasən hüceyrə mühəndisliyi ilə kartof-pomidor hibridinin alınması haqqında məruzə hazırlayın.
2. Aşağıdakı mövzularda məruzə və təqdimat hazırlayın.
3. Hüceyrə, xromosom və gen mühəndisliyinin müqayisəli xarakteristikasını verin.