Canlıları öyrənmək üçün istifadə olunan avadanlıqlardan digəri də flüoqrafdır. Bu cihazın köməyi ilə ağciyərlərdə baş verən dəyişikliklər aşkar edilir. Görüntünün alınması üçün rentgen şüalarından istifadə olunur.
Göründüyü kimi, bu cihazlar müxtəlif funksiyaları yerinə yetirir. Cihazların ümumi cəhəti canlıların quruluşunu və onlarda gedən bir sıra fizioloji prosesləri öyrənməyə xidmət etmələridir. İnsan orqanizmində gedən bəzi proseslərin öyrənilməsində istifadə edilən cihazlar xüsusi əhəmiyyət kəsb edir. Müalicə müəssisələri əhaliyə keyfiyyətli tibbi yardım göstərmək üçün bu avadanlıqlarla təchiz edilir. Onların vasitəsilə xəstəliklər aşkarlanır, diaqnoz qoyulur, müalicə həyata keçirilir.
1. |
İnternet resurslarından istifadə edərək canlıları öyrənən elm sahələrinin nailliyyətlərinə
dair təqdimat hazırlayın.
|
2. |
Tonometrin quruluşunun tərtibi hansı elm sahələrinin nailiyyətinə əsaslanmışdır? Cavabınızı
məruzə şəklində təqdim edin. |
3. |
Araşdırma apararaq exokardioqraf cihazının iş prinsipi haqqında məlumat
hazırlayın. Cihazın quruluşu və iş prinsipinin hansı elm sahəsinin nailiyyəti olduğunu
əsaslandırın.
|
4. |
Orqanizmin sağlamlığının qorunmasında göstərilən metodların əhəmiyyətini
qeyd edin.
|