Hazırda dünya ciddi təhlükə qarşısındadır. Çünki təbii birliklərin çoxu məhv edilmiş, ətraf mühit - atmosfer, hidrosfer və torpaq çirklənmiş, torpaq sahələrinin bir çox hissəsi yararsız hala salınmışdır. Bu problemlərin aradan qaldırılmasında biologiya elminin aparıcı rol oynayacağı şübhəsizdir.
Biologiya elminin qanunauyğunluqlarına düzgün əməl edilməməsi bir sıra problemlərin yaranmasına səbəb olur. Bu problemlər xarakterinə görə aşağıdakı kimi qruplaşdırıla bilər:
Ətraf mühitın çirklənməsi ilə bağlı problemlər:1. | Düzgün ifadələrin altından xətt çəkin.
a) ekologiya/biocoğrafiya elmi növ müxtəlifliyini qoruyub saxlamağa çalışır;
b) biotexnologiya elmi genləri dəyişdirə bilər/bilməz; c) gen mühəndisliyi biotexnologiyanın/biofiizikanın bir sahəsidir; d) bir orqanizmin genləri digər orqanizmlərə köçürülə bilər/bilməz. |
2. | Biotexnologiyaya aid olanları seçin.
• poliploidiya
• gen mühəndisliyi • mutasiya • hüceyrə mühəndisliyi • orqan köçürülməsi • genlərin köçürülməsi |
3. |
Biotexnologiyanın nailiyyətlərinə dair araşdırma aparın və təqdimat hazırlayın.
|
4. |
“Kosmik səyahətlər və biologiya” mövzusunda müzakirə aparın.
|