Elm və texnikanın sürətlə inkişaf etdiyi müasir dövrümüzdə biologiya elmi böyük nailiyyətlər qazanaraq ən əhəmiyyətli elm sahələrindən birinə çevrilmişdir. İnsanlar müxtəlif texniki və elmi araşdırmalar, kəşflər nəticəsində müasir yaşam tərzinə nail olmuşlar.
Biologiya sahəsində XX-XXI əsrlərdə hansı əhəmiyyətli elmi kəşflər olmuşdur? | |
Onların əhəmiyyəti nədir? |
Sualları oxuyun və fikirlərinizi bölüşün.
Bütün ömrü boyu sağlam yaşamaq, iqtisadi inkişafla ayaqlaşmaq, ətraf mühiti korlamamaq, onu qorumaq, istehsalın keyfiyyət və miqdarını artırmaqda bioloji biliklər çox mühüm yer tutur.
Təbiətdə canlıları öyrənən biologiya elmi insanlar üçün daima araşdırma mənbəyi olmuşdur. İnsan həmişə təbiəti izləmiş, onda gedən prosesləri öyrənməyə can atmışdır. Ancaq təbiətin qanunlarını pozmaq, ondan kortəbii istifadə etmək insanın həm özü, həm də digər canlılar üçün böyük problemlərin yaranmasına səbəb olmuşdur.
Müasir dövrdə Biologiya ilə texnikanı birləşdirən biotexnologiyanın inkişafı, xüsusən istehsal qalıqlarını son parçalanma məhsullarına qədər parçalayan mikroorqanizmlərdən istifadə yaranmış problemlərin bir çoxunun aradan qaldırılmasında əsas rol oynayacaqdır.
Biologiyanın son nailiyyətlərinin əldə olunmasında əvəzsiz rolu olan biotexnologiyanın əsas məqsədlərindən biri bir canlının genlərinin digər canlıya köçürülməsidir. Belə canlının DNT-sində baş verən dəyişiklik ona yeni bir orqanizmin xüsusiyyətlərinə malik olmağa imkan yaradır. *
Son illərdə biotexnologiyanın ən əhəmiyyətli nailiyyətlərindən biri hər hansı bir canlının genlərinin digər canlıya köçürülməsidir. Belə canlının DNT-də baş verən dəyişiklik ona geni köçürülmüş orqanizmin xüsusiyyətlərinə malik olmağa imkan yaradır.
Biotexnologiya sahəsində XXI əsrdə gözlənilən nailiyyətlər:
• İnsanların irsiyyəti ilə bağlı bir çox xəstəliklərə səbəb olan genlərin sağlam genlərlə dəyişdirilməsi nəticəsində xərçəng, qan təzyiqi, şəkərli diabet, cırtdanboyluluq və s. xəstəliklərin qarşısının alınması;