Fəsilə | Alınan bitki | Seleksiyaçı alim |
Xaççiçəklilər | Turp + kələm | G.D.Karpeçenko |
Gülçiçəklilər | Meyvə bitkiləri | İ.V.Miçurin |
Taxıllar
|
Payızlıq buğda | V.N.Remeslo |
Yazlıq buğda | A.P.Şexurdin, V.N.Mamontova | |
Buğda + ayrıqotu | N.V.Sitsin | |
Buğda sortları | P.P.Lukyanenko | |
Qarğıdalı sortları | M.İ.Xaçinov | |
Mürəkkəbçiçəklilər | Günəbaxan sortu | V.S.Pustovoyt |
Alınan heyvan cinsi | Seleksiyaçı alim |
Arxaromerinos | Y.Y.Lusis, Nikolay Savviç Butarin |
Ropşa-karp balıq cinsi | V.S.Kirpiçnikov |
Tut ipəkqurdu (poliploid) | B.L.Astaurov |
Ukrayna ağ səhra donuzu və zərif yunlu Askaniya rambulyesi qoyun cinsləri |
M.F. İvanov |
Əlverişsiz mühit amillərinə dözümlü heterozis effektinə malik yüksək məhsuldar bitki şortlarının və heyvan cinslərinin alınması istiqamətində Azərbaycan və digər ölkələrin alimləri xeyli işlər görmüşlər.
Qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsi zamanı seleksiyaçı alimlər genetika elminin qanunlarına əsaslanırlar. Bunun nəticəsidir ki, son zamanlar seleksiyaçılar yeni-yeni nailiyyətlər əldə edirlər.
1. |
İ.V.Miçurin ömrünün 30 ilini Sibirdə cənub sortlarının yetişdirilməsinə sərf etmiş, ancaq
onun işləri nəticəsiz qalmışdır. Alınan hibridlər soyuğa davam gətirməyərək məhv olmuşdur.
Bunun səbəbini izah edin.
|
2. |
“Azərbaycan seleksiyaçılarının nailiyyətləri” mövzusunda təqdimat hazırlayın.
|
3. |
İ.V.Miçurinin mentor metoduna uyğun sxem qurun və fikrinizi əsaslandırın.
|
4. |
Düzgün olan (D) və düzgün olmayan (S) fikirləri qruplaşdırın.
|