Xromosom dəstlərinin bu cür artırılması yolu ilə alınan fərdlər poliploidlər adlanır. Poliploidliyə, əsasən, bitkilərdə təsadüf edilir. Poliploid formalarda bitkilərin məhsuldarlığı artır. Mədəni bitkilərin əksəriyyəti poliploiddir. Bu bitkilərin yabanı əcdadları diploid xromosom dəstinə malik olduqlarından onların məhsuldarlığı aşağı olur.
Respublikamızda qiymətli tut bitkisinin poliploid formaları İlyas Kərim oğlu Abdullayev tərəfindən alınmışdır. Ölkəmizdə mədəni bitkilərin alimlərimiz tərəfindən yetişdirilmiş bir çox poliploid formaları var.
Uzaq hibridləşdirmə nəticəsində alınan bu fərdlərin dölsüz olmasına baxmayaraq, yüksək həyatilik qabiliyyətinə malik, mühit amillərinə qarşı dözümlü olurlar.