Seleksiyada əsas metodlar seçmə və hibridləşdirmədir. Bu metodlar əsasında digər metodlar formalaşır. Seçmə apararkən başlanğıc formaların çox müxtəlif olmasına fikir verilir. Heyvanlarda bu, eksteryer əlamətlərə görə müəyyənləşdirilir. “Eksteryer*” heyvanların xarici bədən quruluşu, bədən hissələrinin nisbəti, zahiri əlamətlərin cəmidir.
Qarabağ atı - Azərbaycanın Qarabağ ərazisində yaradılmış dağ-minik at cinsidir. XVII-XVIII əsrlərdə Qarabağ xanlığında daha da təkmilləşdirilən bu at cinsi Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Hal-hazırda Azərbaycan Respublikasında milli at cinsidir və bizim milli sərvətimizdir.