Cəlal Əliyev buğdanın bir çox keyfiyyətli sortlanm almışdır. Onun rəhbərliyi ilə gen mühəndisliyi və bioinformatika sahəsində müxtəlif tədqiqat işləri aparılmışdır.
Respublikamızda üzümçülük sahəsində də bir çox nailiyyətlər əldə olunmuş, qiymətli sortlar alınmışdır.
Çox təəssüf ki, Qarabağımızda yetişdirilən məşhur üzüm sortları sahələri mənfur qonşularımız tərəfindən zəbt edilmişdir. Üzümçülük Respublikamızın iqtisadiyyatında özünəməxsus yer tutur. Ulu öndər Heydər Əliyev hər zaman bu sahəyə yüksək qiymət vermişdir. Onun göstərişi ilə ölkəmizdə üzümçülük sahələri genişləndirilmişdir.
Şirvanşah sortu dünyada heç bir sort ilə müqayisə edilə bilməz.
1. | Süni və təbii seçməni müqayisə edin.
|
2. | “Seleksiya üçün götürülən başlanğıc material nə qədər müxtəlif olarsa, nəticə bir o qədər səmərəli olar” fikrini əsaslandırın. |
3. | Respublikamızda üzümçülük, taxılçılıq sahəsində xidməti olan alimlər və onların aldıqları sortlar haqqında məlumat toplayın və referat hazırlayın. |