Seleksiya üçün götürülən başlanğıc material nə qədər müxtəlif olarsa, nəticə bir o qədər səmərəli olar.
N.İ.Vavilov Rusiyada seleksiyanın elmi əsaslarını yaratmışdır. O, irsi dəyişkənlikdə homoloji sıralar qanununun müəllifidir. Alim mədəni bitkilərin müxtəliflik mərkəzlərini müəyyənləşdirmiş, dünyanın 40 ölkəsində apardığı ekspedisiyalar zamanı mədəni bitki sortlarının nadir nümunələrini toplamışdır.
Hazırda müxtəlif elmi tədqiqat institutları və seleksiya stansiyaları əvvəlcədən müəyyən olunmuş planlar əsasında fəaliyyət göstərərək seleksiya prosesinin müvəffəqiyyətlə nəticələnməsinə köməklik göstərir.
Ölkəmizdə yaradılan sortsınama məntəqələri və damazlıq təsərrüfatlarında yeni yaradılmış cins və sortlar yoxlanılır, onların içərisindən yararlı olanları seçilir.
1. |
Araşdırmalar apararaq “Müasir seleksiyanın nailiyyətləri” mövzusunda məruzə və ya elektron
təqdimat hazırlayın.
|
2. |
N.İ.Vavilova görə, seleksiya işləri apararkən uğurlu nəticə əldə etmək üçün nəzərə alınacaq
şərtlərin bu prosesə təsirini şərh edin.
|
3. |
Sualları cavablandırın:
|