Hal-hazırda infeksion xəstəliklərin vaxtında aşkarlanmasına, onların qarşısının alınmasına yönələn peyvəndlərdən geniş istifadə olunur. Xəstəlik baş verdikdə xəstələrə müalicə zərdabları vurmaqla onların müalicəsi aparılır.
İnfeksion xəstəliklərə yoluxmanın qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirilir:
Yüksək temperatur. Mikrob hüceyrələrində zülalları denaturasiyaya uğradaraq məhv edir. Maksimum temperatur isə mikroorqanizmin inkişafını dayandırır, bu da onun məhvi ilə nəticələnir.
Quruma. Mikroorqanizmlərin normal həyat fəaliyyəti üçün su vacib olduğundan quruma onların sitoplazmasının susuzlaşmasına və sitoplazmatik membranın keçiriciliyinin pozulmasına səbəb olur. Nəticədə hüceyrələrin qidalanması pozulur və o fəaliyyətdən qalır.
Şüa enerjisi. Patogen bakteriyalara Günəş şüalarının tərkibindəki ultrabənövşəyi şüalar məhvedici təsir göstərir. Ultrabənövşəyi şüaların bu xüsusiyyətlərindən qapalı yerlərin (cərrahi otaqların, sarğı otaqlarının və s.) havasının təmizlənməsi, bəzən də suyun zərərsizləşdirilməsində istifadə edildiyini artıq bilirsiniz.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin statistik məlumatlarına əsasən ölkəmizdə 2017-ci ilin 6 ayı ərzində vərəm ilə xəstələnmələr 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3% azalmışdır. |
1. |
“İnfeksion xəstəliklərin gedişinə antropogen amillərin təsiri” mövzusunda məruzə hazırlayın.
|
2. |
Afrika ölkələrinin əksəriyyətində epidemiyaların tez-tez baş verməsi səbəblərini araşdırın
və təqdimat hazırlayın.
|
3. |
Müxtəlif dalğa uzunluqlu Günəş şüalarının insan orqanizminə təsirinə dair
məlumat toplayın və təqdim edin.
|