El arasında belə bir inanc mövcuddur: “Xəstəliklərin hamısı soyuqdəymədən əmələ gəlir”.
Nəyə əsasən xalq belə bir qənaətə gəlmişdir? | |
Soyuq və digər mühit amilləri infeksion proseslərin gedişinə nə kimi təsir göstərir? |
Qrip və angina kimi infeksion xəstəliklərin baş verməsinin ilin fəsillərindən asılılıq qrafikini tərtib edin.
Bilirsiniz ki, infeksion xəstəliklərə yoluxma bütün insanlarda eyni cür baş vermir. Bu xüsusiyyət ekoloji amillərdən, orqanizmin həssaslıq dərəcəsindən, mikroorqanizmlərin xarakterindən və s. asılı olaraq dəyişir ki, bu da müxtəlif xəstəliklərdə heç də eyni deyil. Xarici mühitin bioloji, fiziki və kimyəvi amilləri həm patogen mikroorqanizmlərə, həm də sahib orqanizmə təsir göstərir.
Uzun müddət isti şəraitdə qalmaq istivurmaya səbəb olur. Bu da orqanizmin immun sisteminin zəifləməsinə və mikroorqanizmlərin təsirinə qarşı müqavimətin azalmasına, biokimyəvi proseslərin zəifləməsinə şərait yaradır.
Soyuğun təsirindən də orqanizmin xəstəliktörədən mikroorqanizmlərə qarşı davamlılığı zəifləyir. Xüsusən tənəffüs yolları xəstəlikləri artır. Bu, tənəffüs yollarının selikli qişasında müdafiə amillərinin zəifləməsi nəticəsində baş verir.
Yuxarı tənəffüs yollarının normal mikroflorasına daxil olan bəzi bakteriyalar, əsasən, soyuqlama zamanı xəstəlik törətdiyindən “soyuqlamanın törədiciləri” də adlandırılır.