A vitamininin çatışmaması faqositlərin funksiyasını zəiflədir və nəticədə dəri və selikli qişalarda iltihabi proseslər baş verir.
B və C vitaminlərinin çatışmazlığı vərəmə, difteriya, stafilokokk və streptokokk infeksiyalarına qarşı həssaslığı artırır.
Qızların oğlanlara nisbətən ətraf mühitin zərərli amillərinə qarşı dözümlü olmasının səbəbi onlarda immun sisteminin daha tez formalaşmasıdır. Lakin buna baxmayaraq, qadınlarda aybaşı və hamiləlik zamanı immun sistem zəifləyir və irinli infeksiyalara qarşı həssaslıq artır.
Sahib orqanizmin infeksion xəstəliklərə qarşı həssas olmasının səbəblərindən biri də anadangəlmə immunçatışmazlığıdır. Bu, postembrional inkişafın ilk dövrlərində kəskin şəkildə təzahür edir. İrinli iltihablı proseslərin gedişinə təsir göstərən amillərə orqanizmin mikroflorası da aiddir. İnsan orqanizminin normal mikroflorasının nümayəndələri arasında bakteriyalar çox, virus, göbələk və ibtidailər nisbətən az olur. Normal mikrofloranın əksər nümayəndələri orqanizmə zərərli təsir göstərmir. Bu cür mikroflora orqanizmin xarici mühitlə təmasda olan hissələrində - yuxarı tənəffüs yolları, mədə-bağırsaq traktı, sidik-cinsi yolların və s. selikli qişalarında məskunlaşır.
Sağlam insan orqanizminin xarici mühitlə birbaşa təması olmayan toxuma və orqanlarında - qan, limfa, daxili orqanların əksəriyyəti, onurğa beyni mayesi, beyin və s. mikroorqanizmlərə rast gəlinmir. Ancaq müxtəlif mikroorqanizmlər orqanizmin müdafiə sistemini aşaraq qana, müxtəlif orqanlara keçə bilir.
Mikroflorada baş verən dəyişiklik irinli-iltihabi proseslərin inkişafına səbəb olur.
Göründüyü kimi, infeksion xəstəliklərə yoluxma təkcə bu xəstəliklərin törədiciləri olan mikroorqanizmlərin deyil, həm də xəstəliyə yoluxan orqanizmlərin xüsusiyyətlərindən asılıdır. Ona görə də bu xəstəliklərin qarşısının alınmasında sahib orqanizmin xəstəliklərə qarşı davamlılığının artırılması vacib şərtlərdən biridir.
1. |
B və C vitaminlərinin miqdarının vərəm və difteriya xəstəliklərinin gedişinə təsirinin
qrafik təsvirini verin. Bu qrafikləri stressin infeksion xəstəliklərin gedişinə təsiri
qrafiki ilə müqayisə edin.
|
2. |
Araşdırmalar apararaq “İnfeksion xəstəliklərin gedişinə irsi amillərin təsiri” mövzusunda
məruzə hazırlayın.
|
3. |
Açar sözləri yerinə qoymaqla cümləni tamamlayın.
____________ vəzinin ifraz etdiyi ____________ hormonunun çatışmaması
____________vəzinin inkişafdan qalması və____________zəifləməsinə səbəb
olur.
|
1.timus | 2.somatotrop | 3.hipofiz | 4.immun reaksiyalar |