Bir çox bakteriyalann patogenliyi onların epiteli hüceyrələrinə daxil olması ilə əlaqədardır. Ancaq mikroorqanizmlərin dəri və selikli qişalarda koloniyası (məskunlaşması) heç də həmişə bununla məhdudlaşmır. İnfeksiyalaşmanın növbəti mərhələsi mikroorqanizmlərin toxumada əksər hüceyrələrə nüfuz etməsidir.
Mikroorqanizmlərin hüceyrəyə daxilolma qabiliyyəti xüsusi amillərlə təmin olunur, onlardan xarici membran zülalları daha ətraflı öyrənilmişdir. Bu zülalların sahib hüceyrənin səthindəki xüsusi reseptorlarla qarşılıqlı təsiri bakteriyaların endositozu - “udulması” ilə nəticələnir. Onların bəziləri qan və limfa damarlarına daxil olur. Damarların daxilində müdafiə anticisimləri tərəfindən məhv olmayan mikroorqanizmlər əlverişli şərait olduqda çoxalır, məskunlaşır və ikincili infeksiya ocağı əmələ gətirir.
Göründüyü kimi, mikroorqanizmlər hüceyrə və toxumalara nüfuz edərək dəyişikliklər əmələ gətirir, orqanizmdə müvafiq xəstəliklər törədir.
1. |
Mikroorqanizmlərin sahib orqanizm hüceyrələrini yoluxdurma mexanizminin sxematik təsvirini
verin.
|
2. |
Müxtəlif mənbələrdən istifadə edərək “Mikroorqanizmlərin dəri baryerini
dəf etməsi” mövzusunda məruzə hazırlayın.
|
3. |
“Qarın yatalağı törədicisinin sahib orqanizmin hüceyrəsini yoluxdurması”na
; dair araşdırma aparın və təqdimat hazırlayın.
|
4. |
Difteriya toksininin hüceyrəyə daxilolma sxeminə əsasən prosesin mexanizmini şərh edin.
|
Qeyd: | Difteriya toksinində A - aktiv, B - birləşdirici fraqmentləridir. A fraqmenti ancaq B fraqmenti olduqda aktiv olur. |