Vərəm törədiciləri xəstə insanın yuxarı tənəffüs yollarından xaric olur, ətrafdakı əşyaların səthinə və ya torpağa düşərək quruduqdan sonra belə məhv olmur. Onlar toza qarışaraq ətrafa yayılır və insanları yoluxdurur.
Havanın sanitar-mikrobioloji müayinəsi 2 üsulla - çökdürmə və aspirasiya üsulları ilə aparılır.
Çökdürmə üsulu zamanı havadakı mikroorqanizmlər qidalı mühitlərin səthinə mexaniki çökdürülür. Bu, mikrofloranın tərkibini öyrənmək üçün tətbiq edilir.
Aspirasiya üsulu zamanı isə hava qidalı mühitlərdən keçərək sovrulur. Bununla mikroorqanizmlərin sayını və tərkibini öyrənmək olur.
Təbii və süni ventilyasiya yolu ilə qapalı yerlərin havasında mikroorqanizmlərin sayını azaltmaq mümkündür. Ultrabənövşəyi şüalarla təsir etməklə cərrahi əməliyyat otaqlarının, mikrobioloji laboratoriyaların havası zərərsizləşdirilir.
Havanın sanitar mikrobioloji müayinəsi, əsasən, müalicə və uşaq müəssisələrində aparılır. Bu zaman:
•1m3 havada olan bakteriyaların ümumi sayı;
•1m3 havada streptokokların sayı;
•1m3 havada patogen və şərti patogen* orqanizmlər təyin edilir.
1. |
Müxtəlif mənbələrdən istifadə edərək havanın mikrobioloji müayinəsi üsullarının
mexanizmlərinin şərhini verin.
|
2. |
Diaqrama əsasən müxtəlif ərazilərin havasının tərkibində mikroorqanizmlərin miqdarının bu
cür dəyişməsinə təsir edən amilləri müəyyənləşdirin. Seçiminizi əsaslandırın.
|
3. |
Biosferdə mikrofloranın daha sıx olduğu sahələri qeyd edin.
|