Son zamanlara qədər alimlər belə düşünürdülər ki, qaynadılmış suda hətta ən dözümlü mikroorqanizmlər belə məhv olur. Lakin Sakit okeanda tədqiqat aparılan zaman bəzi ərazilərdə suyun temperaturunun 250-400oC olduğu və 105°C-li suyun içərisində canlı bakteriyaların olması bu düşüncəni təkzib etdi. Adətən, bir çox bakteriyalar 70oC-də məhv olur. Lakin bu bakteriyaları okeanın dibindən çıxardıqdan və suyu 80oC-yə qədər soyutduqdan sonra onların çoxalması dayanmış və bakteriyalar sanki “üşüməyə” başlamışdır. Bəs nəyə görə bəzi orqanizmlərə 40-50oC-də çox isti olduğu halda, Sakit okeanın dibindən çıxarılmış bakteriyalar çox qaynar suda yaşaya bilirlər? Bu təbiətin bizə verdiyi növbəti tapmacadır. Beləliklə, mikroskopsuz görünməyən orqanizmlər alimlərin fikrini dəyişməyə məcbur etdilər. Bu çox vacib elmi tapıntıdır.
1. |
Müxtəlif mənbələrdən istifadə edərək “Suyun sanitar göstəriciləri - mikroorqanizmlər”
mövzusunda məruzə hazırlayın.
|
2. |
Yeni salınmış böyük bir yaşayış məntəqəsi ərazisindən keçən çay suyunda
mikroorqanizmlərin miqdarının zamandan asılılıq qrafikini tərtib edin.
|
3. |
X, Y və Z ilə işarələnmiş su mənbələri və onların mikroflorası haqqında təqdimat hazırlayın.
|
4. |
Qeyd olunan su mənbələrini suyunun tərkibində mikroorqanizmlərin miqdarını artma sırası ilə
düzün. Seçiminizi əsaslandıraraq təqdim edin.
|