Müxtəlif ekoloji sistemlərdə mikroorqanizmlərin yaşamaq və çoxalmaq qabiliyyətləri fərqlidir. Mikroorqanizmlərin ətraf mühitdə yayılması onların bioloji xüsusiyyətləri ilə əlaqədardır.
Ətraf mühitdə mikroorqanizmlərin aşkar edilməsi hansı elmin tədqiqat obyektidir? | |
Fərqli ekoloji sistemlərdə hansı mikroorqanizmlər fəaliyyət göstərir? | |
Mikroorqanizmlərin digər canlıların həyatında nə kimi rolu var? |
Verilmiş ekosistemlərdə mövcud mikroorqanizmlərin canlıların qruplaşmasına təsirini əsaslandırın.
Təbiətdə yayılan mikroorqanizmlərin əksəriyyəti saprofit olsa da, orada xəstəliktörədən mikroorqanizmlərin də bir çox növlərinə rast gəlinir. Yaşadıqları mühit bu mikroorqanizmlər üçün sığınacaq rolunu oynayır. Bu da bir çox yoluxucu xəstəliklərin baş verməsinə səbəb olur.
Ətraf mühitdə mikroorqanizmlərin aşkar edilməsi və onlara qarşı mübarizə aparılması sanitar mikrobiologiyanın tədqiqat obyektidir. Bu elm sahəsi ətraf mühitin mikroorqanizmlərlə çirklənməsini dolayı yolla - mikroorqanizmləri aşkar etməklə qiymətləndirir. Mikroorqanizmlər, əsasən, insan və heyvan orqanizmlərində yaşayır. Ətraf mühitə xaric olunduqda çoxalmır. Onların miqdarına əsasən müxtəlif obyektlərin sanitar vəziyyəti haqqında nəticə çıxarmaq olar.