Sənaye mikrobiologiyası biotexnologiya ilə sıx əlaqədardır. O, bioloji maddələri yaradan mikroorqanizmləri öyrənir. Biotexnologiya isə mikroorqanizmlərin həyat fəaliyyətinin sənaye istehsalı üçün istifadəsini öyrəndiyindən bu əlaqə təbiidir.
Mikrobiologiya elmi ilə birlikdə immunologiya elmi də yaranmışdır.
İmmunologiya* orqanizmin daxili mühit sabitliyini qoruyan immun sistemin struktur və funksiyalarını öyrənən elmdir. İmmun sistemi orqanizmə daxil olmuş yad cisimləri, o cümlədən mikroorqanizmləri məhv edir və orqanizmdən kənarlaşdırır.
1. |
Qruplara bölünərək mikrobiologiyanın şöbələrinin hər birinin nailiyyətlərinə dair təqdimat
hazırlayın.
|
2. |
Sual işarələrinin yerinə müvafiq elm sahələrini və bu sahələrin tədqiqat obyektlərinin
hərəsinə aid bir nümunə yazaraq sxemi tamamlayın və genişləndirin.
|