Yaşamaq uğrunda mübarizədə canlılar müxtəlif uyğunlaşmalar qazanmışdır. Bilirsiniz ki, mübarizədə ətraf mühitə uyğunlaşanlar salamat qalır, uyğunlaşa bilməyənlər isə məhv olurlar. Uyğunlaşmalar çox müxtəlifdir. Heyvanların xarici və daxili quruluşu, instinktləri, davranışları onların həm də həyat şəraitinə uyğunlaşmaları ilə əlaqədardır.
► Canlılarda ətraf mühitin müxtəlif amillərinə qarşı hansı uyğunlaşmaları misal göstərə bilərsiniz?
Şəkildəki uyğunlaşmaları müəyyənləşdirin və müqayisə edin. Bu uyğunlaşmaların canlılar üçün əhəmiyyətini əsaslandırın.
Bitkilərdə uyğunlaşmalar. Müxtəlif təbii birliklərdə yaşayan bitkilər ətraf mühit amillərinə qarşı bir sıra uyğunlaşmalar qazanmışlar. Yaşamaq uğrunda mübarizədə uyğunlaşanlar qalib çıxmış və təbii seçmə tərəfindən seçilmişlər.