Çikaqo Universitetinin əməkdaşı H.Yuri Yer planetində bir neçə milyon il bundan əvvəl hansı şəraitin olduğu barədə fikirləşir və üzvi birləşmələrin necə yarandığı haqqında bəzi mülahizələr söyləyir.
H.Yuri hansı mülahizələri irəli sürmüşdür? |
Həyatın yaranmasının I mərhələsini, yəni abiogen yolla (canlının iştirakı olmadan qeyri-üzvi maddələrdən üzvi maddələrin sintezi) sintezin hansı şəraitdə getdiyini 1953-cü ildə amerikalı alim S.Miller özünün düzəltdiyi aparatla isbat etməyə çalışmışdır.
Şəklə əsasən həyat elementlərinin necə əmələ gəldiyi haqqında öz fikirlərinizi bildirin.
Stenli Miller həyatın yaranması sahəsində araşdırmalar apararaq məşhurlaşmışdır.
Araşdırma nəticəsində məlum olmuşdur ki, üzvi maddələr (o cümlədən amin turşuları) həyatın yaranması zamanı qeyri-üzvi maddələrdən əmələ gəlmişdir.
Stenli Miller aparata su tökür və ora ilkin atmosferdə olduğu güman edilən qazları daxil edir. Su daima qızdırılır. Ondan su buxarları ayrılmağa başlayır. Su soyuducu rolu oynayan hissədən keçib soyuyur və yenidən qızaraq buxarlanır. O dövrün ildırım boşalmalarını əvəz edən qığılcım yaradan elektrodlar da daima qığılcım saçırdı. Qaba heç bir yerdən hava və digər maddələr daxil olmurdu. Təqribən bir həftədən sonra suyun rəngi dəyişməyə başlayır, onun içində amin turşuları, aldehidlər, spirtlər, süd turşusu və s. maddələrin olduğu aşkar edilir. Millerin təcrübələrini nəzərə alaraq, bəzi elm adamları bu yolla ilk üzvi polimerlərin də yarandığı fikrinə gəlmişlər. Bununla belə, bəzi müasir alimlər belə fikir irəli sürürlər ki, qədim atmosfer ilkin atmosferdə mövcud olduğu güman edilən qazlardan yox, N2, CO2 və su buxarından ibarət imiş. Bu fikirlər S.Millerin fikirlərini şübhə altına alır.