Lüğət
-A-
Abiogenez - canlı orqanizmlər iştirak etmədən üzvi birləşmələrin əmələ gəlməsi
Aerob - enerji əldə etmək
üçün sərbəst molekulyar oksigenə ehtiyacı olan orqanizmlər
Aeromikrobiologiya - havadakı
mikroorqanizmləri öyrənən elm
Amniyon - embrionun qorunmasını və inkişafını təmin edən rüşeym qatı
Anaerob (yun. a inkar sözönlüyü) - oksigenə çıxış olmadıqda enerjini substratın fosforlaşması
nəticəsində alan orqanizmlər
Arxar - vəhşi dağ qoyunu
Arxebakteriya (yun.) - “archaios” - qədim, “bakterion” - çöp - qədim prokariotlardır
Atmosfer (yun.) -
“atmos” - buxar, “sfera” - kürə
-B-
Bentos (yun.) - dərinlik, dibdə yaşayan canlılar
Biogen (yun.) - “bios” - həyat, “genesis” - mənşə əmələgəlmə, canlı orqanizmin
hazırda
keçmiş dövrlərdə bilavasitə, yaxud dolayısilə mühitə təsiri ilə bağlı olan
amil
Biogenez - canlı orqanizmlərin iştirakı ilə üzvi birləşmələrin əmələ gəlməsi
Biopoez (yun.) -
“bios” - həyat, “poiesis” - təşkil olunma
Biopsiya - təcrübə və ya diaqnostika məqsədilə canlı orqanizmdən hüceyrə və toxumanın götürülməsi
Biosfer (yun.) - “bios” - həyat, “sfera” - kürə
Blastomer - heyvanlarda ziqotun bölünməsi mərhələsində embrion hüceyrələri
Blastopor- Embrional
inkişaf zamanı qastrula mərhələsində xarici qatdakı hüceyrələrin içəri çəkilməsi ilə yaranan ilkin
çökəkliyin açıq hissəsi.
Blastula - birqat hüceyrələrdən təşkil olunmuş çoxhüceyrəli rüşeym
-D-
Dishormonal - hormonal prosesin pozulması
Diskomfort - narahatlıq
Dizruptiv (ing. ) - parçalayıcı
-E-
Eksteryer - xarici görünüş
Enterekok - “Enterococcaceae” fəsiləsindən olan bakteriya cinsi
-F-
Faqositella - ilk çoxhüceyrəli canlı
Fitoplankton (yun.) “φυιov” - bitki, “π⋌αvkιov” - gəzən - fotosintez prosesini yerinə
yetirən
planktonun
bir hissəsi
-H-
Hallüsinasiya - qarabasma, gözəgörünmə
Helmintlər - xəstəliktörədən parazit qurdlar
Hidrosfer (yun.)-"hidor"-su,"spera"-kürə