O dövrdə atmosferdə ozon (O3) qatı olmadığından Günəşin ultrabənövşəyi şüaları planetə güclü təsir edirdi. Belə şəraitdə ultrabənövşəyi şüaların, ionlaşdı- rıcı şüalanmanın, elektrik boşalmalarının və yüksək temperaturun təsiri ilə yalnız okean və dənizlərdə üzvi maddələr əmələ gələ bilərdi.
1924-cü ildə yaranan bu nəzəriyyənin çoxsaylı tərəfdarları oldu. Onlardan biri də ingilis bioloqu C.Holdeyn idi. O, Oparin nəzəriyyəsi ilə tanış olmasa da, sanki onu təsdiqləmişdir. Onun fikrincə, Oparinin dediyi kimi, yaranan maddələr okean suyunda toplandıqda su “isti duru bulyon” şəklinə düşmüşdür. Bəlkə də, həyat belə bulyonda yaranmışdır.
Biopoez* fərziyyəsi - Yer üzərində həyatın əmələ gəlməsi haqqında müasir fərziyyədir. Onun banisi ingilis alimi C.Bernaldır. O, biopoezin 3 mərhələsini ayırd etmişdir.
Aleksandr Ivanoviç Oparin
rus bioloqu və biokimyaçısıdır. Yer üzərində həyatın abiogen yolla əmələ gəlməsi nəzəriyyəsini irəli sürmüşdür. |
Con Berdon Sanderson
Holdeyn ingilis bioloqudur. Müasirpopulyasiya, riyazi, molekulyar və biokimyəvi genetikanın, həmçinin təkamül nəzəriyyəsinin banilərindən biridir. |