Xərçəngin toxumaları qalınlaşdırması nəticəsində bədxassəli şişlər əmələ gəlir. Belə şişlərin yarandığı toxumaların uyğun adlarla adlandırıldığını bilirsiniz.
Xərçəng şişlərinin əksəriyyəti sürətlə böyüyür. Bəziləri şüaya davamlıdır, bəziləri isə yox. Ancaq oxşar xüsusiyyətləri budur ki, onlar sürətlə böyüyüb artmaqla bərabər, ətraflarındakı toxumalara daxil olaraq qan və limfa vasitəsilə öz hüceyrələrini yaymağa başlayırlar. Xərçəng hüceyrələrinin daha bir xüsusiyyəti də vaxtlı-vaxtında müalicə olunmadıqda ilkin müalicə olunan yerlərdə yenidən inkişaf edə bilmələridir. Bildiyiniz kimi, xərçəng hüceyrələri normal hüceyrələrdən fərqli olaraq nəzarətsiz inkişaf edir, yəni normal hüceyrələrin inkişafına nəzarət edən mexanizmə tabe olmur. Xərçəng hüceyrələrinin kimyəvi tərkibinə gəldikdə isə onların adi hüceyrələrlə heç bir keyfiyyət fərqi yoxdur. Ancaq maddələrin miqdar fərqi vardır, yəni bəzi komponentlər çoxalıb-azala bilir. Bu, maddələr mübadiləsinin pozulmasına səbəb olur. Xərçəng hüceyrələri normal hüceyrələrdən daha çox şəkər istifadə edir. Karbohidrat və zülallar fərqli parçalanır, bu isə hüceyrələrin qeyri-normal inkişafına səbəb olur.
Bədxassəli şişlərə səbəb olan amilləri yadınıza salın.
Maddələr mübadiləsinin pozulması nəticəsində xərçəng hüceyrələrinin forması və quruluşu dəyişir. Onların nüvələri ya çox böyüyür, ya da çox kiçilir. Biopsiya* zamanı belə hüceyrələri məhz bu xüsusiyyətlərinə görə təyin edirlər.
Normal hüceyrələrin xərçəng hüceyrəsinə çevrilməsinə səbəb olan amillərdən bəziləri: