Ancaq şiş əmələgətirən hüceyrələr quruluşuna və böyümə xüsusiyyətlərinə görə normal hüceyrələrdən fərqlənir. Klinik baxımdan şişlər iki qrupa bölünür.
Şişlər əmələ gəldiyi toxumalara görə qruplaşdırıb adlandırılır.
№ | Şişlər | Xoşxassəli | Bədxassəli |
1. | Epitel toxuması şişləri | Papiloma, adenoma, kista | Karsinoma |
2. | Birləşdirici toxuma şişləri | Fibroma, lipoma | Sarkoma |
3. | Sinir toxuması şişləri | Nevrioma, qlioma | Neyrosarkoma |
4. | Əzələ toxuması şişləri | Mioma | Miosarkoma |
Damar şişləri də vardır ki, onların xoşxassəlilərinə angiomaları, bədxassəlilərinə isə angiosarkomalar aid edilir.
Şişlərin əmələgəlmə səbəbləri hələ də tam aydınlaşdırılmamışdır. Ancaq bu haqda bir neçə fərziyyə mövcuddur: