Bu zaman oynaqların funksiyaları pozulur. Bu xəstəlik böyrəklərin də zədələnməsinə səbəb ola bilər.
Üzvi maddələrlə yanaşı, orqanizmə su və mineral maddələr də daxil olur. Mineral maddələrdən tərkibində Ca, P və Fe olan birləşmələrin əhəmiyyəti xüsusilə böyükdür. Onların çatışmaması da bir çox funksiyaların pozulmasına səbəb olur.
Zəif purin əsaslı (zülal mənşəli) qidalarla qidalanan Afrika, Çin, Hindistan əhalisində bu xəstəliyə, demək olar ki, rast gəlinmir. |
1. |
Əgər normada insan orqanizmində 5 q xolesterin sintez olunmuşsa, bu müddətdə orqanizmə
kənardan minimum nə qədər xolesterin daxil ola bilər?
|
2.
|
Düzgün olanları seçin:
a) Qaraciyərin əsas toxuması birləşdirici toxumadır.
b) Qaraciyərdə xolesterin sintez olunur. c) Xolesterin bitki mənşəli məhsullarda olur. d) Ateroskleroz vena damarlarının divarlarını zədələyir. e) Xolesterin öd daşlarının yaranmasına səbəb olur. |
3.
|
Karbohidrat və lipid mübadiləsinin pozulması səbəbi ilə yaranan xəstəliklər haqqında
məlumat toplayın və təqdim edin.
|
4.
|
Podaqra xəstəliyi zamanı böyrəklərin zədələnməsinin səbəbini araşdırın, referat hazırlayın.
|