Bu zaman arteriya damarlarının divarlarında lipid ləkələri və zolaqları əmələ gəlir. Damarlarda düyünlər yaranır. Onların içində sarı sıyığabənzər maddə yığılır. Çox vaxt o düyünlər xoralaşır, çapıqlar yaranır, onların üzərinə kalsium duzları yığılır. Bu da damar divarlarının elastikliyini itirməsinə səbəb olur. Bəzən damar mənfəzi daralır, çox vaxt tamamilə tutulur. Yaşlı adamlarda çox rast gəlinən xəstəliklərdən biri də beyin qan damarlarının aterosklerozudur. Xəstəlik zamanı əsas əlamətlər aşağıdakılardır:
və tərəvəz yemək;
Öd daşlarının yığılması da, əsasən, xolesterin artıqlığı nəticəsində yaranır. Öd daşları çox vaxt öd yollarına tıxanır. Öd kisəsinin divarında spazm yaradır.
Podaqra - xronik xəstəlikdir. Bu xəstəlik Hippokratın yaşadığı dövrdə belə məlum idi. Yunanca onun mənası “ayaq üstə tələ”dir. Bir çox məşhur insanlar belə bu xəstəlikdən əziyyət çəkiblər. Bunlardan alman dahisi Hoteni, rus yazıçısı Turgenevi, məşhur rəssam Mikelancelonu və başqalarını misal göstərmək olar. Podaqranın ilk təsvirini verən ingilis həkimi T.Sidenham özü də bu xəstəlikdən əziyyət çəkmişdir. Onun 1660-cı ildə dediyi fikirlər XX əsrin ortalarında sübuta yetmişdir. Elm adamları sübut etmişlər ki, bu xəstəliyə səbəb maddələr mübadiləsinin pozulması nəticəsində qanda və toxumalarda sidik turşusunun artmasıdır. Son illərdə podaqralı xəstələrin sayının artdığı müşahidə olunur. Bunun səbəblərini araşdırdıqda məlum olmuşdur ki, əhalinin maddi vəziyyətinin yaxşılaşması, normadan artıq qidalanma, azhərəkətlilik, alkoqoldan istifadə və s. belə faktorlardandır. Əsasən, 40-50 yaşlı kişilərdə daha çox rast gəlinir. Bu da oynaqlarda kəskin ağrılara səbəb olur. Duzların toplanması nəticəsində əl və ayaq oynaqlarında iltihablaşma gedir, podaqra düyünləri yaranır.