İnsanın həzm sistemində nişasta, qlikogen və bir sıra disaxaridləri hidrolizə uğradan fermentlər vardır. Ancaq insan orqanizmində daima bol qəbul olunan sellüloza həzm kanalında cüzi miqdarda həzmə uğrayır. Onun parçalanması yoğun bağırsaqlarda olan bir sıra fermentlərin təsiri ilə gedir, çox qismi isə həzm olunmamış şəkildə orqanizmdən xaric olur. Həzm kanalında sellülozanın olmasının böyük əhəmiyyəti vardır. O, bağırsaq reseptorlarını qıcıqlandırır, bu isə şirə ifrazını artırır. Sellüloza bağırsaq peristaltikasını (bağırsağın dalğavarı yığılıb- açılması) da gücləndirir.
İnsandan fərqli olaraq, otyeyən heyvanların həyatı üçün sellülozanın həzm edilməsinin daha böyük əhəmiyyəti vardır. Lakin otyeyən məməli heyvanların da orqanizmində sellülozanı parçalayan ferment sellülaza olmur. Bu fermentə əsasən həşəratların və molyuskların həzm şirələrində rast gəlinir. Məməlilərdə sellülozanı parçanması onlarla simbioz yaşayan bakteriyaların və infuzorların fəaliyyəti nəticəsində həyata keçirilir.
İnsan orqanizmində maddələr mübadiləsinin pozulması nəticəsində yaranan xəstəliklərin çoxu sizə məlumdur. Bu xəstəliklər hansılardır? Yada salın.
Qaraciyərdə piy infiltrasiyası. Normal qaraciyərin ümumi kütləsinin təqribən 10%-ni lipidlər təşkil edir. Qaraciyər lipidləri, xolesterini, öd turşularını öd yolları vasitəsilə onikibarmaq bağırsağa ifraz edir. Qaraciyərə daxil olan yağ turşularının miqdarının artması onların parçalanmasının ləngiməsinə səbəb olur. Lipidlər qaraciyərdən normal ifraz oluna bilmir. Bu da qaraciyərdə piy infiltrasiyası adlanan patoloji hala səbəb olur. Qaraciyərdə piyin toplanması digər səbəblərdən də yarana bilər. Bu orqanda piy toxuması bəzən 40-60 %-ə çata bilər ki, bu da çox ağır fəsadlar verər, qaraciyərin digər funksiyaları pozular. Qaraciyərdə baş verən belə halları düzgün qidalanma ilə aradan qaldırmaq olar. Xəstəliyi müalicə etmək üçün müxtəlif dərman preparatları da vardır.
Ateroskleroz Lipidlərin əsas növlərindən biri də xolesterindir. Bu maddə insan orqanizmində sintez
mənşəli məhsullarda olduğundan orqanizmə də bu qidalarla daxil olur. Əgər uzun müddət tərkibində xolesterin olmayan qidalarla qidalansaq, orqanizmdə bu maddənin miqdarı azalar. Gün ərzində müxtəlif qidalar vasitəsilə təqribən 0,3-0,5 q xolesterin qəbul olunur. Orqanizmin toxumalarında isə 1 q xolesterin sintez olunur. Orqanizmdə xolesterinin miqdarı artarsa, ateroskleroz xəstəliyinin inkişafına şərait yaranar.