Mitoz bölünmə zamanı hüceyrənin digər hissələri ilə yanaşı, sitoplazması da bölünür. Sitoplazmanın bölünməsi bitki və heyvan hüceyrələrindən fərqlidir. Sitokinez* telofaza mərhələsində başlayır.
Sitokinez zamanı heyvan hüceyrələrində sitoplazma xaricdən daxilə doğru ayrılmağa başlayır, hüceyrə ortadan sıxılaraq iki yerə bölünür. Hüceyrələrində sitoplazma bölünərkən plazmatik membranın altında aktin və miozin tərkibli saplar əmələ gəlir. Sapların qısalması hüceyrələrin bölünməsini təmin edir. Bitki hüceyrələrində sellülozadan ibarət hüceyrə divarı olduğu üçün onun buğumlanıb bölünməsi mümkün olmur. Mitozun telofaza mərhələsində iki nüvə arasında mərkəzi sahə yaranır. Orada Holci kompleksindən daxil olan maddələrin hesabına bölünmə lövhəsi yaranır və bölünmə baş verir. Bölünmə mərkəzdən başlayıb qılafa qədər davam edir və beləliklə, hüceyrə ikiyə bölünür.
Sitoplazmanın bölünməsi zamanı, ola bilər ki, o, qız hüceyrələr arasında bərabər miqdarda bölünməsin.
Bəzən də hüceyrələrdə mitoz prosesi baş verir, ancaq sitoplazma bölünmür. Buna misal olaraq, məməlilərin eninə zolaqlı əzələ hüceyrələrini göstərmək olar. Bu hüceyrələrdə nüvələrin sayı çox olur. Deməli, hüceyrədə nüvələr bölünür, sayları artır, ancaq sitoplazma bölünmür.
1. Uyğunluğu müəyyən edin.
Heyvan hüceyrələrində mitoz |
Bitki hüceyrələrində mitoz |