44. Mitoz prosesində bitki və heyvan
hüceyrəsində sitoplazmanın bölünməsi
Hüceyrənin bölünməsi üçün onun interfaza mərhələsindən keçməsi vacibdir.
Yada salın:
İnterfaza mərhələsində hüceyrədə aşağıdakı əlamətləri müşahidə etmək olar:
• Sentriolların ikiləşməsi;
• Bəzi orqanoidlərin sayının artması;
• DNT-nin miqdarının iki dəfə artması;
• Xromosomların iki xromatidli olması;
• Maddələr mübadiləsinin sürətlə getməsi.