İnsanların pis, zərərli vərdişlərə aludəçiliyi sonda çox pis nəticələr verir. Həm qadınların, həm də kişilərin siqaret çəkməsi, içki içməsi, narkotiklərdən istifadə etməsi onların özünün, övladlarının ömürlük bədbəxt olmasına səbəb olur. Ailədə qanqaraçılıq, dava-dalaş, narahatlıq çox vaxt ailənin dağılmasına, uşaqların başsız qalıb pis yola düşməsinə gətirib çıxarır. Kişi zərərli vərdişlərdən asılıdırsa, uşaqların gündəlik tələbatları ödənilmədikdə evdə gərəksiz dava-dalaş baş verir, nəhayət, bu ailənin dağılması ilə nəticələnir. Qadınların bu vərdişlərə aludəçiliyi övladların nəzarətsiz qalmasına, pis tərbiyəyə, hətta uşaqların ölü doğulmasına səbəb olur.