• Uğursuz ailələrin dağılmasının bir səbəbi də birtərəfli sevgidir. Sevgi birtərəfli olduqda nikah heç vaxt uğurlu olmur. İstər oğlan, istərsə də qız öz həyat yoldaşına səmimi münasibət bəsləmirsə, sevmirsə, onunla yaşadığı müddətdə ailə həyatının bütövlüyünü, saflığını zədələyəcək düşüncələrlə məşğul olursa, ailə heç vaxt uğurlu hesab edilməz.
1. |
İki qızdan biri valideynlərinin məsləhəti ilə digəri isə öz seçimi ilə ailə qurmuşdular.
Onların hansının seçimini bəyənirsiniz? Fikirlərinizi yoldaşlarınızla müzakirə edin.
|
2.
|
Dövlətimizin gənc ailələrə qayğısı haqqında araşdırma aparın və təqdimat
hazırlayın.
|
3.
|
Şəkildəki iki əksiliklərin vahidliyini əks etdirən ənənəvi Çin fəlsəfəsinin simvoludur.
Simvola uyğun ailə tamlığını əks etdirən loqolar hazırlayın.
|
4.
|
Sağlam ailənin qurulmasında əks cinslər arasında normal münasibətlərin yaranmasının əhəmiyyəti
haqqında araşdırma aparın və fikirlərinizi yoldaşlarınızla müzakirə edin.
|
5
|
Qohum nikahların gələcək nəslə mənfi təsirini genetik cəhətdən əsaslandırın.
|
6.
|
Sağlam ailə üçün reproduktiv sağlamlığın əhəmiyyətini sxemə əsasən müzakirə edin.
|