Lui Paster - fransız bioloqu, kimyaçı, əczaçı, müasir mikrobiologiya və immunologiyanın banisi. O, viruslar tərəfindən törədilən quduzluğa qarşı vaksin kəşf etmişdir. L.Paster müasir dövrdə cansız materiyadan canlıların yaranmasının (abiogenez) mümkünsüzlüyünü 1861-ci ildə çox sadə vasitələrlə apardığı təcrübədə sübut etmişdir. Bu təcrübədə abiogenez fərziyyəsi deyil, məhz biogenez təsəvvürü (canlı canlıdan ortaya çıxır) öz elmi təsdiqini tapır.
1. | Şəkillərdə hansı proses əks olunub? Bunu hansı alimin fərziyyəsi ilə izah edərdiniz və nə üçün? İzah edin. |
||
2. | L.Pasterin təcrübələrindən əvvəl M.Terexovski də oxşar təcrübələr aparmış, ancaq qabların ağzını açıq saxlamamışdır. Bu səbəbdən də onun işləri elm adamları tərəfindən qəbul olunmamışdır. Bunun səbəbini necə izah edərdiniz? |
||
3. | Abiogenez və biogenez təsəvvürlərinə dair məlumat toplayın və təqdimat hazırlayın. |
||
4. |
Uyğunluğu müəyyən edin.
|