Psixi pozuntusu olan şəxslər aşağıdakı hüquqlara malikdirlər:
• ləyaqətlərinin alçaldılmasına yol verilməməsi və humanist münasibət bəslənilməsi;
• dövlət tibb müəssisələrində sanitariya-gigiyena tələblərinə cavab verən şəraitdə pulsuz psixiatriya yardımı almaq;
• öz hüquqları barədə, habelə psixi pozuntu və tətbiq edilən müalicə üsulları haqqında məlumat almaq;
• psixiatriya stasionarında müayinə və müalicə üçün zəruri olan müddətdə saxlanılmaq;
• tibbi göstərişlər əsasında mümkün olan bütün müalicə növlərini almaq;
• psixiatriya yardımı göstərmək hüququ olan hər hansı mütəxəssisi (onun razılığı ilə) seçmək;
• tibb müəssisəsini seçmək;
• konsiliumun və konsultasiyaların aparılmasını tələb etmək;
• qanunvericilikdə müəyyən olunmuş qaydada vəkilin, qanuni nümayəndələrin və digər şəxslərin köməyindən istifadə etmək.
1. |
“Depressiv pozuntunun müalicəyə bağlılığı” mövzusunda referat hazırlayın.
|
||
2. |
Depressiya və stressin müqayisəli şərhini verin:
|
||
3. |
Uyğunluğu müəyyən edin.
|