Təşviş zamanı aşağıdakı tənəffüs hərəkətləri tövsiyə olunur:
1. 3 saniyə ərzində nəfəs alın.
2. 3-ə qədər sayın və 3 saniyə ərzində nəfəs verin.
3. 3 saniyə fasilə verib yenidən prosesləri təkrar edin.
4. Bunu gündə 2 dəfə, hər dəfə 10 dəqiqə olmaqla yerinə yetirin.
Təşviş baş verdiyi anda bu texnikalardan istifadə edə bilərsiniz.
Təşviş keçirən insanlarla müəyyən söhbətlərin aparılması da prosesin gedişini zəiflədə bilər. Söhbət
təkcə mütəxəssislər tərəfindən deyil, xəstənin yaxınları tərəfindən də aparıla bilər.
Bu, insana problemlərini anlamağa və həyatına təsir edə biləcək qərarları qəbul etməyə imkan yarada
bilər.
Söhbət edərkən aşağıdakıları nəzərə almaq lazımdır:
► qarşındakını diqqətlə dinləmək;
► onu problemin açılmasına həvəsləndirmək;
► onun şəxsiyyətinin güclü tərəfini üzə çıxarmaq;
► qərarı özü qəbul etməsinə köməklik göstərmək;
► pozitiv münasibətlər yaratmaq.
1. “Təşviş və orqanizm” mövzusunda referat hazırlayın.
2. Təşviş keçirən insana nə kimi yardım göstərmək olar?
3. Təşviş və stressi müqayisə edin.