Təşvişin əlamətləri: | |
1. Psixi
• emosional gərginlik
• əhəmiyyətsiz hadisələr səbəbindən yaranan narahatlıq hissi • yarana biləcək təhlükə hissi • reallığın itirilməsi hissi • dəli olmaq qorxusu • qəfil ölüm qorxusu • öz üzərində nəzarəti itirmək qorxusu |
2. Fiziki
• bədəndə titrəmə
• tərləmə • ürək döyüntülərinin tezləşməsi • başgicəllənmə • əzələ gərginliyi • özünü pis hissetmə • təngnəfəslik • hərəkətlərin donub qalması • keyləşmə və sancılar |
Generalizə olunmuş təşviş pozuntusu |
Sosial fobiya | Aqorafobiya | Panik pozuntu |
Həyatda rast gəlinən adi vəziyyətlər (iş, təhsil, maddi rifah, şəxsiyyətlərarası münasibətlər) və reallaşması az mümkün olan hadisələrlə əlaqədar ümumi həyəcan, emosional gərginlik və həddən artıq narazılıq yaranır. 6 aydan az olmayaraq davam edir. |
Müəyyən sosial situasiyalarda və ya insanlarla qarşılıqlı münasibətlərdə olmaq qorxusundan yaranır. Bu cür insanlar digərləri qarşısında çıxış edərkən, sual verərkən, digər insanların yanında qida qəbul edərkən, toy mərasimləri, əyləncəli gecələrdə iştirak edərkən qorxu hissi keçirirlər. Davametmə müddəti müəyyən edilməyib. |
İnsanın öz bələd olmadığı yerdə halının pisləşdiyi zaman yardım ala bilməməsi qorxusu olan aqorafobiya çox vaxt təşviş pozuntuları ilə yanaşı gedir. Belə şəxslərin qorxusu evdən kənarda təşviş hücuma məruz qalmaq ehtimalından irəli gəlir. Onlar evdən çıxmamağa, kütlə arasında, tanımadıqları yerlərdə olmamağa çalışırlar. |
Güclü qorxu gəldikdə başlayır. Bir neçə dəqiqə ərzində maksimum həddə çatır. Ən azı bir neçə dəqiqə çəkir. Bir ay ərzində minimum 4 dəfə baş verir. |
Təşviş pozuntularının istənilən bir növünün müalicəsi həlli real olan bir məsələdir. Söz yox ki, prosesə mütəxəssis müdaxiləsi vacibdir. Sağlam həyat tərzi də müalicənin qeyri-tibbi yolu hesab edilir. Bu zaman: