Uşaq psixikasının inkişafının bu mərhələsi müəyyən dərəcədə şərti və sxematikdir. Hər bir uşağın inkişafının fərdi xüsusiyyətləri bu sxemə əhəmiyyətli dəyişikliklərin daxil olmasına səbəb ola bilər. Həmçinin statistika göstərir ki, keçən onilliklər ərzində uşaqların fiziki inkişafının əsas göstəriciləri (boy, çəki, döş qəfəsinin çevrəsi və s.) əhəmiyyətli dərəcədə artaraq dəyişib.
Son 150 il ərzində yeni doğulmuş körpələrin orta boyu və çəkisi artıb. Məktəb yaşlı müasir uşaqların boyu onların əvvəlki yaşıdlarının boyundan 10-15 sm artıqdır.