İnsan doğulur və daim dəyişən mühit amilləri şəraitində fəaliyyət göstərir. Mühit amillərinin təsirinə qarşı uyğunlaşan orqanizmin inkişafında sinir sistemi aparıcı rol oynayır. Uşaqlarda fiziki inkişafla yanaşı, psixi inkişaf da gedir.
Psixi xüsusiyyətlərin inkişafı irsən keçən əlamətlərə ətraf mühitin təsiri nəticəsində mümkün olur.
Bu necə baş verir? | |
Uşaqlarda psixi proseslər necə inkişaf edir? |
Şəkildə verilən orqanizmlərin davranışı ilə insan davranışının oxşar və fərqli cəhətlərini göstərin.
Bütün məməlilərdə sinir sisteminin quruluşu və iş prinsipləri oxşardır. Bu baxımdan da insan psixikası ilə heyvan psixikası arasında oxşarlıq mövcuddur. Ancaq onların bir sıra fərqli xüsusiyyətləri də vardır. Belə fərqlər həm kəmiyyət, həm də keyfiyyətcə özünü büruzə verir.
Uşaq psixikasının inkişafının birinci mərhələsi. Uşaq orqanizmi xarici şəraitə uyğunlaşmağa müəyyən dərəcədə hazır vəziyyətdə olan sinir sistemi ilə dünyaya gəlir. İnkişafın birinci mərhələsində
(doğulduğu andan 1 yaşa qədər) vacib hərəkət funksiyalarının əsası qoyulur. Uşağın həyatının ilk günlərində və həftələrində müxtəlif qıcıqlandırıcılara - aclıq, soyuq, bədənin vəziyyətinin ani dəyişməsinə cavab olaraq, hərəkət reaksiyaları (qışqırıq, hərəkət narahatlığı vəs.) özünü büruzə verir.