İnsan yalnız cinsi yolla çoxalır. Meyoz nəticəsində yaranan qametlərin birləşməsi mayalanmaya səbəb olur. Mayalanma nəticəsində yaranan ziqot mitoz yolla bölünür.
Hüceyrələrin mitoz yolla bölünməsi insanın postembrional* inkişaf dövründə də davam edir. Orqanizmin embrional inkişafı aşağıdakı ardıcıllıqla baş verir.
Parçalanma. Bu zaman hüceyrələrin mitoz yolla sürətlə çoxalması baş verir. Ziqot uzununa bölünüb blastomerləri əmələ gətirir. Alınan blastomerlər yenə uzununa, sonra eninə bölünür. Daha sonra bölünmələr uzununa, eninə olaraq növbələşir. Bu mərhələdə hüceyrələrin sayı artır, lakin onlar artıq böyümür.