Panspermiya. Alman alimi H.Rixter panspermiya fərziyyəsinin yaradıcısıdır. Onun fikirləri ilə razılaşan alimlərdən biri S.Arreniusdur. S.Arreniusun fikirlərini V.Vernadski də müdafiə etmişdir.
Bəzi alimlərin fikirlərinə görə, həyat bizə digər planetlərdən meteoritlər vasitəsilə gəlib. Digər alimlər isə bunun işıq şüalarının təsiri altında baş verdiyini Marsda tapılan meteorit söyləyirlər.
Laboratoriyalarda aparılan tədqiqatlar nəticəsində aydın olmuşdur ki, bitkilərin sporları və toxumları əlverişsiz mühitə qarşı çox davamlıdır. Onlar maye azotda, yaxud oksigendə saxlanıldıqda uzun müddət həyat qabiliyyətlərini qoruyurlar. Ancaq son illərin araşdırmalarına görə, bizim planetə digər planetlərdən toxum və ya sporların gəlməsi qeyri-mümkündür.
Həyatın əbədiliyi fərziyyəsi: Alman alimi Preyer və biosfer təliminin müəllifi V.Vernadski tərəfindən yaradılan fərziyyədir. Preyer qeyd etmişdir ki, həyat əbədidir. Çünki cansızlar da canlılardan əmələ gəlib. Ona görə Yer kürəsini formalaşdıran nəhəng közərmiş kütlələr belə canlı orqanizmlərə oxşardır. Guya onlar Yer soyuduqca hissələrə parçalanır, əsas kütləyə birləşə bilmədiyi üçün dövriyyədən çıxır və qeyri- üzvi maddələrə çevrilirlər. Beləliklə, həyat davam edir.
Biogenez fərziyyəsi: Bu fərziyyənin tərəfdarları abiogenez fərziyyəsi tərəfdarlarının fikirlərinə qarşı çıxmış və cansızdan canlıların yarana bilməsini qeyri-mümkün hesab etmişlər. Bu fikrin tərəfdarlarından biri də italyan həkim F.Redi olmuşdur. O, təzə ət parçalarını şüşə qablara qoymuş və onlardan yarısının üstünü açıq saxlamış, digər yarısının isə üstünü örtmüşdür. Bir neçə gündən sonra ağzıaçıq qablarda milçək sürfələri görünmüşdür. Ağzıörtülü qablarda isə heç bir canlı yaranmamışdır. Beləliklə, o müəyyən etmişdir ki, cansızlardan canlı yaranmır.