Rüşeym diski olan tərəfdə yumurta sansı az olur. Yumurta sarısı ilə zəngin olan hissə parçalanmır. Bu hissə rüşeymin inkişafı zamanı onu qida maddələri ilə təmin edir. Rüşeym əmələ gələn zaman amniyonun* içərisində inkişaf edir. Amniyonu bilavasitə əhatə edən zardır. Onun içində amniyon mayesi olur ki, rüşeymi qurumaqdan və mexaniki təsirlərdən qoruyur. Ana bətnində embrionun inkişafı məməlilərdə olduğu kimi gedir. Rüşeym təbəqələrindən müxtəlif orqanlar formalaşır. Göründüyü kimi, sürünənlər, quşlar və məməlilərdə rüşeymin inkişafı balıqlarda və suda-quruda yaşayanlarda olduğu kimi, maye mühitində gedir.
Bu oxşarlıqlar xordalıların eynimənşəli olmasını göstərən embrioloji dəlillərdir
1. |
Cümləni tamamlayın:
Heyvanlarda__________miqdarı artdıqca onlarda əmələ gələn hüceyrələrin ölçüsü___________olmur. |
2. |
Quşlarda və suda-quruda yaşayanlarda embrional inkişafın gedişini müqayisə edin və təqdimat
hazırlayın.
|
3. |
Şəklə əsasən xordalı heyvanların embrional inkişafının müqayisəli xarakteristikasını verin.
Fikrinizi əsaslandırın.
|