İstixana effekti atmosferdə su buxarı və bir sıra qazların - karbon qazı, dəm qazı, metan, azot oksidləri və kükürd oksidlərinin miqdarının artması ilə əlaqədardır. İstixana qazları adlandırılan bu qazlar atmosferdə yayılaraq Yerin ətrafında istixana tavanını xatırladan örtük əmələ gətirir. Nəticədə atmosfer Günəşdən gələn istiliyin çox hissəsini Yerə buraxır, Yerdən kosmosa şüalanmalı olan enerjinin - istiliyin isə qarşısını alır və beləliklə də, bu örtük istixana effektinin yaranmasına səbəb olur.
1. |
“Müasir problemlər və təbiətin qorunması” mövzusunda təqdimat hazırlayın.
|
2.
|
Təbiətin mühafizəsinə dair loqo tərtib edin.
|
3.
|
Şəkillərə baxın. Onların ölkənin hansı bölgələrində yerləşdiyini müəyyən edin. Həmin
ərazilərdə qorunub saxlanılan heyvan növləri haqqında məlumat toplayın.
|