Təbii sərvətlərdən səmərəli istifadə edilməsi, ətraf mühitin optimal vəziyyətdə saxlanmasına yönəldilmiş elmi və praktik tədbirlər sisteminin həyata keçirilməsi qaçılmazdır. Bu, ümumbəşəri bir problemdir.
Təsadüfi deyil ki, bu problemlərin həlli üçün beynəlxalq miqyasda bir çox sənədlər qəbul olunmuşdur.
“Ümumdünya Təbiəti Mühafizə Fondu” təbiətin qorunub saxlanması və xilası uğrunda 1961-ci ildən fəal mübarizə aparır. Planetar miqyasda beş konvensiya təbiətin mühafizə problemlərinə həsr edilmişdir.
“Yerin Dostları” 1969-cu ildən ətraf mühitin mühafizəsi ilə bağlı fəaliyyət göstərən Beynəlxalq təşkilatdır və beynəlxalq səviyyələrdə təbiətin mühafizəsi üzrə tədbirlər keçirir. Bu təşkilatın gənclər bölməsi “Yerin mühafizəsi akademiyası” adını daşıyır.
1. |
“Xəzər dənizinin biokütləsi və onda baş verən dəyişikliklər” mövzusunda təqdimat hazırlayın.
|
2.
|
“Meşə massivlərinin azalması qlobal ekoloji problem kimi” mövzusunda referat hazırlayın.
|
3.
|
Quru və okean səthindən dərinə getdikcə biokütlənin miqdarının dəyişməsinin qrafik təsvirini
verin. Baş verən dəyişikliyin səbəbini izah edin.
|
4. |
Ölkəmizdə təbii sərvətlərdən səmərəli istifadə edilməsi və ətraf mühitin
qorunub saxlanılmasına aid görülən tədbirlərin siyahısını tərtib edin.
|