Okeanın biokütləsi. Yer səthinin 2/3 hissəsini təşkil edən Dünya okeanı canlıların ilk “beşiyi” hesab edilir. Dünya okeanı milyon illər əvvəl özündə yaratdığı üzvi aləmin mövcudluğuna indi də imkan yaradır. Okeanda üzvi aləmlə qeyri- üzvi aləmin qarşılıqlı əlaqəsi sayəsində bütün biokimyəvi proseslərin (parçalanma hadisələri, iqlimin formalaşması və s.) gedişi baş verir. Okean suyu həyat üçün əlverişli mühitdir. Yaşıl yosunların yayıldığı üst qatda (100 m-ə qədər dərinlikdə) fotosintez daha intensiv gedir. Yer kürəsində gedən fotosintezin 73 hissəsi okeanda baş verir. Burada Günəş enerjisinin 0,04%-dən istifadə edilir.
Okeanda orqanizmlər sahil, plankton və dib sıxlaşmaları əmələ gətirir. Əsasən, yosunların əmələ gətirdiyi plankton* heyvanların qidalanmasında əsas rol oynayır. Sərbəst üzən kiçik heyvanlar da planktonlara aiddir. Planktonlara aid olan heyvanlar zooplanktonlar*, bitkilər isə fitoplanktonlar* adlanır. Dibdə yaşayan bentos* orqanizmlərə qırmızı və qonur yosunlar, anadontalar, inci ilbizləri və s. aiddir.
Orqanizmlər qrupu | Biokütlə (1012ton) |
İllik məhsul (1012ton) |
Yosunlar (fitoplankton) | 1,5 t | 550,0 t |
Yosunlar (fitobentos) | 0,2 t | 0,2 t |
Zooplankton | 21,5 t | 53,0 t |
Zoobentos | 10,01 | 3,0 t |
Nekton* | 1,0 t | 0,2 t |
Cəmi | 34,2 t | 606,4 t |
Dünya okeanında mövcud olan fauna və floranın başlıca qruplarının illik biokütlə miqdarının (milyard tonla), quru və okean sahəsinin biokütləsində növ saylarının getdikcə azalması çox böyük narahatlığa səbəb olur.
Sənayenin inkişafı nəticəsində Dünya okeanının çirkləndirilməsi, meşələrin müxtəlif səbəblərdən azalması, torpaq eroziyasının sürətlənməsi böyük təhlükə yaradır. Meşələr və otlaqların məhv edilməsi davam edərsə və onlar bərpa olunmazsa, əhalinin qida problemi təhlükəsi artacaq. Bu yüzillikdə əhalinin normal yaşaması üçün planetin bioloji sərvətlərindən istifadə qaydalarında yol verilmiş səhvlər aradan qaldırılmalıdır. Bu heç də təbii sərvətlərdən istifadəni dayandırmaq demək deyil.